I Liqa
“Lokomotiv”in nəticələri ləğv olunmayacq
Xəbər verdiyimiz kimi, Azərbaycan 1-ci divizionunda çıxış…
Xəbər verdiyimiz kimi, Azərbaycan 1-ci divizionunda çıxış edən “Lokomotiv” maliyyə problemlərinə görə fəaliyyətini rəsmən dayandırıb. Futbolinfo.az xəbər verir ki, artıq indidən AFFA İntizam Komitəsinin Bakı təmsilçisi ilə bağlı verəcəyi qərar da bəllidi.
Qaydalara əsasən “Lokomotiv” çempionat oyunlarının 50 faizində iştirak etdiyi üçün buna qədərki nəticələri ləğv olunmayacaq. Əvəzində isə ikinci dövrədə Bakı təmsilçisi ilə qarşılaşmalı olacaq komandalara texniki qələbə veriləcək.
Qeyd edək ki, “Lokomotiv” 15 turdan sonra cəmi 10 xal toplaya bilmişdi.