Dünya futbolu
Podolski qayıdır
“İnter”də icarə əsasında oynayan “Arsenal&rdquo…
“İnter”də icarə əsasında oynayan “Arsenal”a məxsus futbolçu Lukas Podolski yenidən London klubuna qayıtmağı planlaşdırır. Futbolinfo.az xəbər verir ki, mövsümün ikinci yarısında İtaliya təmsilçisinə keçən hücumçu meydanda az-az görünür.
“İnter”ə daha çox oynamaq üçün gələn 30 yaşlı forvard “Arsenal”da şanslarının daha çox olduğunu bildirib. Azarkeşlərlə arasının əla olduğunu da deyən Almaniya millisinin sabiq üzvü yayda ingilis klubuna qayıtmaq ehtimalının olduğunu istisna etməyib.