Bizi izləyin

Ölkə futbolu

“Günahkar axtarsaq, vəziyyətdən çıxmaq çətin olacaq”

“Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlının Futb…

blank
“Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlının Futbolinfo.az saytına müsahibəsi

–    Əvvəlcə “Qəbələ” klubunun qış fasiləsindən sonrakı çıxışını dəyərləndirərdiniz…

–    Düzü, nəticələrə görə çox narahatıq. Biz bunu gözləmirdik.  Komandanın potensialına bələdik və bilirik ki, bundan artığına qadirik. Heyət cəhətdən bizdən zəif olan komandalara uduzuruq. Məğlubiyyətlərdən sonra turnir cədvəlində bir qədər geriləmişik.  Ümid edirik ki, yaxın günlərdə nəticələrimiz düzələcək və qələbələri sıralayacağıq. O dərəcədə pis komanda deyilik ki, ancaq məğlub olaq.
 

–    Roman Qriqorçukdan belə başlanğıc gözləyirdiniz?
–    Yox. Nəinki biz, heç özü gözləmirdi. Rəhbərlik də belə nəticələrin olacağına inanmırdı. Yəqin ki, buraxılan səhvlər var. Nəticələrin də belə olması o səhvlərə görədi. 

 

–    Komandanın problemi nədədi?
–    Problemlər var ki, komanda hazırda 6-cı yerdədi. Oyunu analiz edəndə görürürk ki, çox sadə epizodlardan qollar buraxırıq. Komanda şəklində yaxşı oynasaq da, fərdi səhvlərdən qapımızda qollar görürük.  Ümumi olaraq pis oynamırıq, irəliləyiş var. Məşqçi hələ təzədi, istədiyi oyunu komandaya  yeritmək üçün vaxta ehtiyacı var.  Məşq prosesləri yüksək səviyyədə keçir. Legionerlərimiz uyğunlaşma dövründıdi. 

 

–    Qriqorçukdan  məğlubiyyətlərlə bağlı soruşduqda nə cavab verir?
–    Onunla birlikdə oyunları analiz edirik.  Gətirdiyi legionerlərdən çox şey gözlədiyini deyir. Hələ istədiyini ala bilmir. Ən əsas da Aleksey Qaydan daha inamlı oyun gözləyir və ona inanır. Bildirir ki, görmək istədiyi Qay bu deyil.  O da heç cür izah edə bilmir ki, nə baş verir. Komandada çatışmazlıqlar o qədər görsənməsə də, nəticələr çox acınacaqlıdı.  

 

–    Yeni transferlər özlərini nə dərəcədə göstərə biliblər?
–    Hələ transferlər istəniləni verə bilməyiblər. Mən inanıram ki, bu, müvəqqətidi. Onlar hazırda adaptasiya dövrü keçirlər.  Fərqli ölkəyə gəliblər. Qəbələyə yox, Bakıya gəlsəydilər, onlar üçün bəlkə də daha rahat olardı. Başqa mühitdən gəliblər. Bunların hamısını nəzərə almaq lazımdı. 

 

–    Transferlər özlərini doğrultmasa, bunun hesabatını kim verəcək?
–    Biz hansısa səhv axtarmırıq. Çünki  qarşıda həm ölkə çempionatı, həm də kubok oyunları var. Ötən il “İnter”  ardıcıl 5 oyun məğlub oldu, sonradan toparlanaraq, çempionluq üçün oynadılar. İndidən demək olmaz ki, sonda necə olacaq.  Hələ vəziyyətdən çıxmağa çalışırıq.  Hər məğlubiyyətdən sonra başımızı aşağı salıb, gedişatla razılaşsaq, günahkar axtarsaq,  vəziyyətdən çıxmaq çətin olacaq. Ona görə də qabağa baxmaq lazımdı. Çalışıb, işləri qaydasına salmaq lazımdı.

 

–    Qış fasiləsindəki transferlərdə seçim sizin idi, yoxsa Roman Qriqorçukun?
–    Onu deyə bilərəm ki,  fəallıq göstərmədik. Bir neçə namizəd var idi. Bəlkə də indikilərdən daha güclü futbolçular idi.  Qriqorçuk bildirdi ki, mən tanımadığım oyunçunu gətirə bilmirəm. Aydındı ki, yeni baş məşqçi öz sistemini komandaya yeritmək istəyir. Oyunçuları seçmək üçün heç bir ay vaxtımız olmadı. O da dedi ki, 3-4 oyuna görə demək olmaz ki, hansı oyunçu mənim oyun sistemimə uyğun gələcək.  Ona görə də öz yetirmələrini gətirdi. Ən azı yaya qədər onlarla işləmək istədi.  Çünki transfer seçimində vaxt az idi. Yaya qədər yeni heyəti formalaşdırmaq üçün işlər aparacağıq.  Oyunçuları analiz etmək üçün də kifayət qədər vaxtımız olacaq. Bütün bu səbəblərə görə onun sözü ilə razılaşdıq ki, dediyi olsun.

 

–    Komandanın arxa xəttində problem olduğu halda yalnız bir müdafiəçi ilə gücləndiniz. Səbəb nə idi?
–    Yalnız bir müdafiəçi deyəndə ki,  daha bir arxa xətt futbolçusu ilə müqavilə imzalamışıq. Ümumiyyətlə,  hazırda Azərbaycanda sol cinah müdafiəçisi problemi var. Demək olar ki, hər klubumuzda sol cinahda legioner oynayır. Bu cinahda yerli futbolçu qıtlığı var. Millimizdə də eyni problem mövcuddu.  Müdafiəçi transferinə gəldikdə, Sivakov elə futbolçudu ki, həm müdafiə, həm də yarımmüdafiə də çıxış edə bilir. Limit olduğu üçün mərkəz və cinah müdafiəçilərindən biri yerli futbolçu olmalıdı.

 

–    İsveçli  idman yazarı Max Viman bildirib ki, Rikardinyo “Qəbələ”ni pula görə seçib. Bu fikirlə razısınız?
–    Əksinə, biz onunla çox aşağı məbləğ qarşılığında 4 aylıq müqavilə imzalamışıq.  Əslində, başqa namizədlərimiz də var idi. Danışıqlar apardıqlarımız da oldu, ancaq qiymət məsələsində razılaşmadıq deyə transferlər baş tutmadı.  Legioner seçimində səhv etmək istəmirik, ona görə də demək olar ki, hamısı ilə 4-5 aylıq müqavilə imzalamışıq.

 

–    Hazırda Qəbələdə olan Sebai Seninin aqibəti necə oldu?
–    İstedadlı futbolçudu. Hazırda düşərgəmizdədi, məşqlərdə özünü yaxşı tərəfdən göstərir.  Yüksək səviyyədə olmasada, çalışır ki, ən yaxşısını etsin. Tələsik qərar vermək istəmirik.  Bir müddətdən sonra  onunla bağlı qərarımızı verəcəyik.

 

–    Rəhbərlik Roman Qriqorçuka nə qədər səbr edəcək?
–    Hərdən xəbərləri izləyirəm. Kim evdə boş oturursa, “Qəbələ”ni tənqid etməyə başlayır.  İndi deyirlər ki, Qriqorçuku niyə saxlayırlar? Ukraynalı gedəndən sonra isə başlayacaqlar ki, 2 oyun uduzandan sonra onu niyə göndərdiniz, vaxt vermək lazımdı. Açığı, bu cür söhbətlərə fikir vermirik. Oyunçular da Qriqorçukdan razıdılar. İnanıram ki, qısa vaxt ərzində hər şey öz qaydasına düşəcək. 

 

–    “Xəzər Lənkəran” üzərində qələbə “Qəbələ”də nəyi dəyişəcək?
–    İstəyirik ki, qələbə qazanaq. Komanda  özünəinamı qaytarmaq üçün mütləq bu görüşdən qalib ayrılmalıdı. Xal ehtiyatımızı yaxşılaşdıraraq, avrokuboklara gedən yolda irəliləmək niyyətindəyik.  Məğlubiyyət isə çox zərbə vura bilər. Vəziyyətimiz daha da gərginləşər.  

 

–    Futboçuların maaşlarının verilməməsi xəbərləri gəzir. Doğrudanmı belədi?
–    Hardasa 10 gün öncə komandaya yanvar ayının maaşlarını vermişik. Bu söz-söhbətlərdən haradan yaranır, bilmirəm. Əsassız xəbərlərdi.  Bu cür problemlər qətiyyən yoxdu.

 

ZAMİN ALLAHVERDİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Premyer-liqa2024-05-18 17:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-18 14:30

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununun təyinatları açıqlandı

blank
Premyer-liqa2024-05-18 13:37

Masazırda belçikalı, Bayılda italyan hakim

blank
Dünya futbolu2024-05-18 13:29

Ronaldodan Səudiyyə Ərəbistanı çempionatında yeni rekord

blank
Dünya futbolu2024-05-18 13:00

“Çelsi”nin futbolçusu mövsümün ən yaxşı gənc oyunçusu seçildi

blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm