Milli komanda
Mirbağır İsayev: "Məni narahat edən əsas məsələ…"
Ötən gün 17 yaşadək futbolçulardan ibarət Azərba…
Ötən gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu çərçivəsində rusiyalı həmyaşıdlarına 2:4 hesabı ilə uduzub. Futbolinfo.az xəbər verir ki,
"Bakcell Arena" baş tutan oyundan sonra millimizin baş məşqçisi Mirbağır İsayev məğlubiyyəti belə şərh edib:
“Oyunun ilk 15 dəqiqəsində meydanda daha çox Rusiya yığması nəzərə çarpırdı. Bu, heyətdə etdiyimiz dəyişikliklərlə bağlıdı. Sevindici cəhət odu ki, Qara Qarayevi layiqincə əvəz edəcək Famil Camalov kimi futbolçu var. O, iki qol vurdu. Hətta üçüncünü də vura bilərdi. Əlbəttə, meydana qələbə üçün çıxmışdıq. Məni narahat edən əsas məsələ müdafiəçilərin primitiv səhvlərə yol verməsi oldu. Bu cür oyunların keçirilməsi yığmanın xeyrinədir. Yoxlama oyununda uduzsaq da, vacib olanı rəsmi qarşılaşmalarda qələbə qazanmaqdı”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı