Dünya futbolu
Klub prezidenti etiraf etdi: "Konflikt var”
"Barselona"nın prezidenti Xosep Bartomeu komandanın aparı…
"Barselona"nın prezidenti Xosep Bartomeu komandanın aparıcı futbolçusu Lionel Messi barədə danışıb. Futbolinfo.az xəbər verir ki, klub rəhbəri argentinalı futbolçunun baş məşqçi ilə konflikt yaşadığını, nəhayət ki, etiraf edib:
"Messi heç vaxt məndən Aqueronu komandaya gətirməyi xahiş etməyib. Luis Enrike ilə bağlı xəbərlər də yalandı. Leo Luis Enrikeni istefaya göndərmək, və ya kiməsə vəzifə vermək barədə də müraciət etməyib. Soyunub-geyinmə otağında müəyyən narazılıq baş vermişdi. Onlarla söhbət etdim. Komanda üzvləri arasında mübahisə olur. Amma Messi və baş məşqçinin münasibətləri normaldı".