Dünya futbolu
FİFA-dan futbolçulara şad xəbər
FİFA DÇ-2022 ilə bağlı futbolçulara sevindirici xəb…
FİFA DÇ-2022 ilə bağlı futbolçulara sevindirici xəbər verib. Futbolinfo.az xəbər verir ki, qurum dünya çempionatında iştirak edəcək futbolçulara məvacib ödəyəcək.
bunun üçün ali futbol qurumu ümumilikdə 135 milyon funt-sterlinq pul ayıracaq. 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı qışda baş tutacağından oyunçular həmin müddətdə klublarından ayrılacaq və məvaciblərində müəyyən kəsintilər olacaq.
Müqayisə üçün deyək ki, DÇ-2014-də iştirak edən 736 futbolçuya ümumilikdə 45 milyon funt-sterlinq verilmişdi.