Bizi izləyin

Ölkə futbolu

Klublarımız Xocalı soyqırımı ilə bağlı hansı işlər gördü?

Bu gün Azərabaycan xalqının başına gətirilmiş ən böy…

blank
Bu gün Azərabaycan xalqının başına gətirilmiş ən böyük fəlakətlərdən biri olan Xocalı faciəsindən 23 il ötür. Bu haqda ölkəmizdə və xaricdə bir çox təbliğat kompaniyaları aparılır. Bəs görəsən, klublarımız bu hadisə ilə bağlı nə kimi tədbirlər keçirib? Ona görə də klublar arasında bu məsələylə əlaqədar nə kimi işlər görüldüyünü araşdırdıq:
Rəşad Məmmədov (“Sumqayıt”ın mətbuat katibi): “Bizdə əsasən yerli futbolçular olduğundan bu barədə hamının məlumatı var. Ümumiyyətlə, Xocalı soyqrımı haqqında məlumatı olmayan azərbaycanlı şəxsiyyət olmamalıdı. Bu günkü tədbir zamanı abidə önündə futbolçulara bir daha bu haqqda məlumat verilib, həmin hadisə haqqında danışılıb. Sumqayıtda yerləşən “Xocalı” abidəsini ziyarət etmişik. Bundan başqa, növbəti oyunumuzu evdə keçirəcəyimizdən qarşılaşmadan əvvəl 1 dəqiqəlik sükut elan olunacaq və komanda meydana qara sarğı ilə çıxacaq”. 
 
Anar Hacıyev (“Qəbələ”nin mətbuat katibi): “Biz klub olaraq əsasən akademiyadakı azyaşlı futbolçularla bu barədə işlər görürük. İlk olaraq, buradakı uşaqların Şəhidlər Xiyabanına ziyarəti  ilə başlamışıq. Bundan əlavə, mövzuyla əlaqədar məşqçilər və müəllimlər hadisənin Azərbaycan tarixindəki önəmi, erməni vəhşiliyi və hadisənin baş vermə səbəbləri haqqında uşaqlara məlumat veriblər. Həmçinin “Xoca” filminin də nümayiş etdirilməsi nəzərdə tutulub”. 
Səbuhi Məmmədov (“İnter”in mətbuat katibi): "Bu gün komandanın məşqindən öncə faciə qurbanlarının xatirəsi  1 dəqiqəlik sükutla yad edilib. Həmçinin, baş məşqçi hadisə ilə bağlı futbolçulara qısa olaraq məlumat verib. İnzibati heyətin üzvləri isə “Xocalı” abidəsini ziyarət edəcəyi gözlənilir.
Hüseyn Cəbrayıloğlu (“Xəzər Lənkəran”ın mətbuat katibi): “Bu haqda rəsmi saytımızda keçid yerləşdirilib. Komanda halında Lənkəranda yerləşən “Xocalı” abidəsini ziyarət edib, əklil qoymuşuq. Bundan sonra komanda akt zalında yığışıb, qısa bir tədbir keçirmişik. Burada futbolçulara faciə ilə bağlı məlumat verilib və 15 dəqiqəlik videorolik  nümayiş etdirilib”. 
Rüstəm Allahveriyev (“Simurq”un mətbuat katibi): “Klub olaraq saytımızda başsağlığı vermişik. Bundan əlavə əsas komanda məşqdən öncə bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edib. Həmçinin, əvəzedici heyətlə uşaq futbol komandamızın üzvləri Zaqatalada yerləşən “Xocalı” abidəsini ziyarət ediblər və məşqçi Rövşən Babayev tərəfindən onlara ətraflı məlumat verilib”. 
Eldəniz Yusifov (AZAL-ın mətbuat katibi): “Neftçi” ilə matçdan sonra baş məşqçi bu faciə haqda futbolçulara məlumat verib. Bu gün də təsadüfi deyil ki, faciə günü ilə əlaqədar olaraq komanda məşqə çıxmayıb. Legionerlərimizin əksəriyyəti 2-3 ildir ki, komandamızın heyətindədi və bu haqda məlumatlıdırlar. Bilirsiniz ki, son vaxtlar “Xocalıya ədalət” adı altında böyük işlər görülür. Beynəlxalq tədbirlər də keçirilir. Onlarda artıq kifayət qədər bu haqda maraqlanırlar. Bununla belə, biz də öz məlumatımızı vermişik. Bu kompaniyaya biz də qoşulmuşuq. Şəhidlərmizin xatirəsini ötən turdakı oyundan öncə də 1 dəqiqəlik sükutla yad elədik”. 
Yaşar Seyidov (“Bakı”nın icraçı direktoru): ”Dünən U-19 komandamız “Sumqayıt”la oyuna qollarında qara sarğı ilə çıxıblar. Bu gün hadisə ilə bağlı akademiyamızda da tədbir keçirmişik. Komandamızın heyətində cəmi 2 legioner futbolçu var ki, onlara da bu haqda məlumat vermişik. Bu faciəni heç vaxt unutqmaq olmaz”. 
Nurlan İbrahimov (“Qarabağ”ın mətbuat katibi): “Biz “Qarabağ” klubu olaraq hər il olduğu kimi bu il də Tahir Gözəlin başçılğı altında tədbir keçirdik. Futbolçulara Azərbaycan, İngilis və Portuqal dillərində məlumat verilib və hadisənin mahiyyəti başa salınıb. Faciənin ölkəmiz və bəşər üçün hansı əhəmiyyətlər daşıdığı futbolçuların nəzərinə yetirilib”. 
“Neftçi”nin mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxlamaq cəhdlərmiz isə boşa çıxdığından paytaxt klubunun bu barədə fəaliyyəti haqqında məlumat ala bilmədik.
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm