Dünya futbolu
La Liqada gözlənilməz istefa
İspaniyanın "Xetafe" klubunun baş məşqçisi Kiki …
İspaniyanın "Xetafe" klubunun baş məşqçisi Kiki Sançez Flores gözlənilmədən vəzifəsindən istefa verib. Futbolinfo.az xəbər verir ki, o, cəmi 2 ay idi ki, bu posta təyin olunmuşdu.
50 yaşlı çalışdırıcı qərarını mətbuat konfransında açıqlayıb: "Daha öncə üzləşdiyim xoş olmayan vəziyyətlə yenidən qarşılaşmamaq üçün istefa verdim. Özümə hörmət etdiyim üçün doğru qərar verdiyimi düşünürəm. Rəhbərliyə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm".
Qeyd edək ki, son turda evdə "Espanyol"u 2:1 hesabı ilə məğlub edən "Xetafe" 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Rumıniyalı Kosmin Kontranın Çinin "Quançjou" klubuna getməsindən sonra yanvarın 5-də "Xetafe"nin başına keçən Floresin komandası çıxığı 11 oyunda 6 məğlubiyyət, 1 heç-heçə və 4 qələbə ilə yadda qalıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi