Müsahibə
Cavid Hüseynov: “Kimə qarşı oynayacağmızı bilirik”
Azərbaycan millisi və "Qəbələ" klubunun yarımm&uu…
Azərbaycan millisi və "Qəbələ" klubunun yarımmüdafiəçisi Cavid Hüseynovun futbolinfo.az saytına müsahibəsi:
– Millinin Antalyadakı təlim-məşq toplanışından zədəli qayıtmısınız. Zədəniz nə dərəcədə ciddi?
– Türkiyədə MRT yoxlanışından keçdim. Ayağımda 2 milli metrlik yırtıq var. Bakıda da Gömrük hospitalında yenidən MRT-dan keçəcəm. Elə də ciddi zədə olmasa da, çıxışıma mane olacaq. Çox güman ki, “Qarabağ”a qarşı oyunda meydana çıxa bilməyəcəm.
– Komandanın sabah “Qarabağ”a qarşı keçirəcəyi oyuna hazırlıq necə gedir?
– Qarşıdakı oyuna çox ciddi hazırlıqlar gedir. Kimə qarşı oynayacağmızı bilirik. Sadəcə olaraq, komandamızda zədəli futbolçuların sayı çoxdu. Rəşad Sadiqov, Ruslan Əmircanov indi də mən zədələndim. İnşallah yaxşı olar.

– İkinci yarı başlayandan sonra nəhayət ki, ötən tur qalib gələ bildiniz. Sabahkı oyunda bunun davamı gələcəkmi?
– Biz də istəyirik ki, davamı gəlsin və bu uğursuz zolaqdan çıxaq. Əvvəlki oyunlarda bəxtsizliklərlə üzləşdik. Hansı ki, həmin oyunlarda qələbə qazanmalı idik, amma məğlub olduq. Lazımsız xallar itirdik.

– Sabah növbəti turun oyunları keçirləcək və milli ilə Antalya toplanışında futbolçuları dünən gecə Bakıya qayıdıb. Bu komandanın oyunlarına nə dərəcədə mane ola bilər? Nəzərə alaq ki, sizin də klubdan 3 futbolçu bu toplanışda iştirak edib.
– Məncə, elə də çox ciddi təsir göstərməz. Düzdü, bir həftəyə yaxın komandadan ayrı qaldıq. Çünki orda da məşq edirdik. Burda da olsaq, məşq edəcəkdik. Hazırlıqlardan qalmamışıq.
– Məncə, elə də çox ciddi təsir göstərməz. Düzdü, bir həftəyə yaxın komandadan ayrı qaldıq. Çünki orda da məşq edirdik. Burda da olsaq, məşq edəcəkdik. Hazırlıqlardan qalmamışıq.
– Ümumiyyətlə millinin təlim-məşq toplanışı haqqında nə deyə bilərsiz? Hazırlıqlar necə keçdi?
– Toplanış yaxşı keçdi. Yeni baş məşqçi ilə tanış ola bildik. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
– Toplanış yaxşı keçdi. Yeni baş məşqçi ilə tanış ola bildik. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
– Səncə, Berti Foqtsdan fərqli olaraq Robert Prosineçki komandada yeni nə edib? Nəzərə alaq ki, hər iki baş məşqçinin rəhbərliyi altında çıxış etmisiz…
– Prosineçki hər bir futbolçu ilə ayrı-ayrılıqda söhbət etdi. Həmçinin mənimlə də danışdı. Bizə hücum futbolunu xoşladığını və bu cür də oynayacığmızı bildirdi. İnşallah, bundan sonra hücum futbolu oynayacağıq.

ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi