Ölkə futbolu
İsrafilovun komandası "Barselona" qarşısında aciz qaldı
İspaniya La Liqasında 25-cü turun oyunları keçirilib. F…
İspaniya La Liqasında 25-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasında oynamağa yenicə razılıq verən futbolçu Eddi İsrafilovun şərəfini qoruduğu "Qranada" da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma arenada ölkə nəhəngi “Barselona” ilə üz-üzə gəlib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Son bir neçə turda olduğu kimi, bu dəfə də İsrafilovun adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Qranada” hazırda 19 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı