Ölkə futbolu
“Qarabağ”ın yeni transferi: “Azərbaycanın ən yaxşı və çempion klubuna gəlmişəm” – ÖZƏL
Bir neçə gündü ki, Bakıda olan ispaniyalı Dani Qui…
Bir neçə gündü ki, Bakıda olan ispaniyalı Dani Quintana artıq “Qarabağ”la rəsmi müqavilə imzalayıb. Hücumameyilli yarımmüdafiəçi növbəti 3 il ərzində Ağdam təmsilçisinin formasını geyinəcək. Quintana keçidi ilə bağlı ilk dəfə olaraq futbolinfo.az saytına danışıb. Futbolçu hər zaman meydana çıxmağa hazır olduğunu bildirib:
“Əvvəlcə Azərbaycan və “Qarabağ” haqda çoxlu məlumat topladım. Həm ölkə, həm də klub haqda müsbət fikirdəyəm. Gözəl şəhəriniz və insanlarınız var. Demək olar ki, hər şeydən məmnunam. Azərbaycanın ən yaxşı və çempion klubuna gəlmişəm. Hədəfim “Qarabağ”da layiqli şəkildə çıxış etməkdi. Yeni klubumun avrokuboklarda qrup mərhələsinə keçməsi üçün əlimdən gələni edəcəm. Qısa vaxt ərzində “Qarabağ”a uyğunlaşacağıma inanıram. Bir mövsüm ərzində iki klubda çıxış etdiyim üçün hazırda yeni komandamda oynamağım mümkün deyil. Buna görə də, gələn mövsümü səbrsizliklə gözləyirəm. Mən peşəkar futbolçuyam və özümə inanıram. İstənilən vaxt meydana çıxmağa hazıram”.
EMİN SƏFƏROV