Ölkə futbolu
Eddi İsrafilov: "Bu, baş məşqçidən asılıdı"
Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İs…
Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniya mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi La Liqadakı kareyersı ilə bağlı danışıb:
“Almeriya”ya keçmək imkanım var idi. Amma “Qranada”da qalmalı oldum. Burdakı ilk ilimdə bir neçə görüşdə iştirak etdim. “Barselona” və Atletik Bilabo” kimi komandalara qarşı çıxış etdim. Öz üzərimdə daim çalışıram. Əsas heyətə düşməyim baş məşqçidən asılıdı”.
Qeyd edək ki, mwqavilə ilə “Mursiya”ya məxsus olan futbolçu icarə əsasında “Qranada” klubunun şərəfini qoruyur. O, bir müddət əvvəl millimizdə çıxış etməyə raılıq versə də, hələ ki, yığmaya dəvət almayıb.