Ölkə futbolu
"Qəbələ"də biri qayıtdı, digəri rəsmən ayrıldı
Sabah Azərbaycan Kubokunun 1/4 mərhələsinin ilk oyununda doğma me…
Sabah Azərbaycan Kubokunun 1/4 mərhələsinin ilk oyununda doğma meydanda "Simurq"la qarşılaşacaq "Qəbələ" hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" bu qarşılaşmaya tam heyətlə çalışa bilmir.
Əldə etdiyimiz məlumata görə, zədəlilər Ruslan Əmircanov və Rəşad Sadiqov hələ də komandadan kənardı. Cavid Hüseynov isə zədəsini bərpa edərək, komanda ilə birgə məşqlərə qatılıb. Onun Zaqatala təmsilçisi ilə matçda çıxış edib-etməyəcəyi isə hələlik bəlli deyil.
Uzun müddətdi zədədən əziyyət çəkən 31 yaşlı Vladimir Levinin müqaviləsi isə qarşılıqlı razılıq əsasında ləğv olunub. Ukraynalı 2013-cü ildə yerli "İnter"dən "Qəbələ"yə keçmişdi.
Qeyd edək ki, "Qəbələ" – "Simurq" matçı sabah saat 19:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı