Dünya futbolu
Nəsrinin ABŞ arzusu
"Mançester Siti"nin yarımmüdafiəçisi Sa…
"Mançester Siti"nin yarımmüdafiəçisi Samir Nəsri Şimali Amerikada top qovmaq fikrindədi. Futbolinfo.az xəbər verir ki, o, karyerasını MLS-də bitirmək istədiyini açıqlayıb.
Fransalı futbolçunun "şəhərlilər"lə olan müqaviləsi 2019-cu ildə bitir. Ötən günlərdə haqqında klubdan ayrılacağı bağlı iddialar yayılan fransalı bu sözlərlə yadda qalıb:
"Hələ ki, İngiltərədəyəm və MS-dən ayrılmağı düşünmürəm. Fransaya qayıtmaq haqda düşünmürəm. MLS xoşuma gəlir. ABŞ-dakı həyat tərzini, bu ölkə ilə bağlı hər şeyi sevirəm. Fransada yalnız, “Olimpik”də (Marsel) oynamaq istəyərdim. Ancaq bu transferin reallaşması nəzəri cəhətdən mümkünsüzdü".