Milli komanda
Foqtsun xələfini “Sumqayıt”ın prezidenti seçir?
Bir neçə aydı ki, millinin baş məşqçisi Berti Foqts…
Bir neçə aydı ki, millinin baş məşqçisi Berti Foqtsun əvəzinə namizədlərin axtarışı hər kəsə məlumdu. Futbolinfo.az xəbər verir ki, bu işlə kimlərin məşğul olması haqqında müxtəlif xəbərlər yayılmaqdadı.
Son məlumata görə, "Sumqayıt"ın prezidenti Kamran Quliyev bu işi öz öhdəsinə götürüb. Belə ki, "Sumqayıt"a yaxınlığı ilə bilinən AFFA-nın baş katibi Elxan Məmmədov namizəd axtarışını birbaşa Quliyevə həvalə edib. Lakin millinin son oyunlarda göstərdiyi nəticələr Quliyevin axtarışında fasilə yaradıb.
DÇ-2014-ün seçmə mərhələsində bugünədək maksimum nəticə göstərən alman mütəxəssisin gedib-getməyəcəyi isə "yuxarı"dan gələn tapşırıqdan asılıdı. Belə ki, bir müddət axtarışı müvəqqəti olaraq donduran klub prezidentinə tapşırıq gələrsə, yenidən işinə davam edəcək.
Məsələ ilə bağlı klub prezidentinin fikirlərini öyrəndik. Quliyev saytımıza açıqlamasında bunları dilə gətirib: "Bu tamamilə yalnış məlumatdı. Mən iki ildən artıqdı ki, federasiyadan ayrılmışam və klub rəhbəriyəm. Yenə qeyd etmək istəyirəm ki, bu, həqiqəti əks etdirmir. İnanmıram ki, gələcəkdə də bu işlə məşğul olum”.
FƏRİD
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…