Bizi izləyin

Ölkə futbolu

Hesabatın hesabatı

AFFA-nın baş tutan növbəti Hesabat Konfransında assosiasiyan?…

blank
AFFA-nın baş tutan növbəti Hesabat Konfransında assosiasiyanın 2014-cü ildə xərclədiyi vəsaitlərin miqdarı da bəlli oldu. Açıqlanan məbləğlər olduqca başdöndürücüdü. Bu qədər vəsaitin qarşılığında heç bir işə nail olmağa isə heç ad tapmaq olmur.
Maraqlıdı ki, ötən il ərzində AFFA-nın ümumi xərci 21 674 774.00 manat olub. Sizi xərclənilən vəsaitlərlə tanış edirik:
1. Milli yığma komandalara xərclənən vəsait – 9 606 288.00 AZN-di. Yığma komandalara 1 il müddətində bu qədər vəsaiət xərclənsə də, gözəçarpan nəticə hələ ki, qeydə alınmayıb. Yaxşı ki, U-17 və U-19 Avropa Çempionatının elit-raunduna vəsiqə qazanıb. Həmin nəticələr də olmasaydı, məbləğin bu qədər şiridilməsi çətin olacaqdı. Görəsən, yığmalarımıza 1 milyon xərclənsəydi, aqibətimiz necə olacaqdı?
2. Rəsmi və yoldaşlıq oyunlarının təşkilinə 407 982.00 AZN sərf olunub. Başa düşmədik, yığma komandara xərclənilən vəsait başqadı, rəsmi və yoldaşlıq oyunlarının təşkilinə sərf olunan məbləğ başqa? Belə çıxır ki, bizimkilər yoxlama matçı təşkil etmək üçün rəqibə pul verir. Bunun başqa nə adı ola bilər ki?
3. Futzal üzrə UEFA Kubokunun Final Mərhələsi də bizə 420 536.00 AZN-ə başa gəlib. Qardaş, Bakıda hansı futzal meydançasına gedirsən, ən yaxşısının saatı 50 manatdı da. “Tembole” “Sərhədçi” Olimpiya Kompleksi özəl deyil, dövlətindi 4 komandanın iştirakı ilə keçirilən oyuna bu qədər məbləğ xərcləmək heç ağlabatan deyil. Belə çıxır ki, 2 günə finalçının adı bəlli olan yarışda hər komandaya 100 min neçə qəpiksə xərclənilib. Həə, aydındı, qonaqların xərcini də siz çəkmisiz. Ay sizi xətakarlar…
4. "Cross Culture" layihəsi və Alman Futbol Məktəbinə də 160 230.00 AZN sərf olunub. AFFA-nın vitse-prezidenti Rauf Əliyev bu məbləğə selofanın içində “Porşe” ala bilər. Bəlkə də alıb, xəbərimiz yoxdu. Yoxsa, bu qədər pul xərclə, kağız üzərində qeydiyyatda olan futbol məktəbindən futbolçu gözlə… Sizi inandırım ki, kişinin dünyaya övlad gətirə bilmə ehtimalı inandırıcıdı, nəinki oradan futbolçu gəlməyi…
5.Marketinq və Reklamlar Departamenti – 424 210.00 AZN
6. Tədris – 197 502.00 AZN
7. Nəqliyyat xərcləri – 238 406.00 AZN
8. Daşınmaz Əmlak İcarə haqqı – 118 748.00 AZN
9. Təsərrüfat xərcləri – 389 626.00 AZN
10. Hakimlər və Hakim İspektorlar – 2 487 880.00 AZN
11. Kommunal və Rabitə xərcləri – 218 030.00 AZN
Bu 7 bəndin hamısına ümumi şərh yazıb qeyd edək ki, AFFA rəsmilərinin nəyi və niyə reklam etməsi, ayaqyoluna çarter reysi ilə getməsi, kimə gəldi lyuks otaqlar icarələməsi, detalları açıqlanmayan təsərrüfat xərcləri, bu qədər qalmaqalın qarşılığında ümumi büdcənin 10 faizini “udan” ədalət təmsilçilərini yağ-bal içində saxlaması, eləcə də qohumlarıyla danışıqları da rabitə xərclərinə salmaq absurddu. Bu rəqəmlər ən azı 2 qat şişirdilib.
12. "Futbol Dünyası" qəzetinin ölkənin ən oxunaqlı qəzetinə çevrilməsi üçün AFFA 222 912.00 AZN xərcləyib. Stop! Bu qəzetin hansı bir əməkdaşı əyalətdə baş tutan Premyer Liqa və ya ölkə kuboku matçını işıqlandırmaq üçün səfərə yollanıb? Siz ay ərzində 18 min 576 manatı hara xərcləmisiz? Tutaq ki, 3 min qəzet xərcləri, 5 min də işçilərin maaşı. Əslində, bu maksimum hesablamadı. İşçilər biz hesabladığımız kimi maaş alsa, qəzetin əməkdaşları ipoteka ilə ev də ala bilər. Qalan 10 min qəpik-quruşa isə Mikayıl Nərimanoğlu 50 illik yubileyinə Sibel Canı da 15 dəqiqəliyinə çağıra bilər. Oxumağa…
13. Əmək haqqı və ezamiyyə xərcləri – 2 293760.00 AZN
14. DSMF – 473 000.00 AZN
15. Aviabilet və Hotel xərcləri – 510 505.00 AZN
16. Keytrinq – 73 806.00 AZN
17. "Futbol Bakcell ilə" Layihəsi – 125 146.00 AZN
18. "Caspian Cup" turniri – 347 636.00 AZN
19. Uşaq və Gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, turnirlərin keçiriləməsi – 2 104 237.00 AZN.
Bu qədər pulun xərclənməsi təbliğatın yüksək səviyyədə aparılması demək deyil. Belə ki, AFFA-nın təşkil etdiyi liqalarda stadionlarda dövlət bayrağına rast gəlmək mümkün deyil. Biri 5 manatdı da. Heç nə olmaz, qoy xərc 5 manat artsın, xəcalətin azalsın.
20."Elit Məşq" Layihəsi – 332 906.00 AZN
21. Digər xərclər – 521 428.00 AZN təşkil edir.
Mənim üçün ən qaranlıq qalan məhz budu. Görəsən, hansı bir qurumda digər xərclərə yarım milyondan artıq vəsait sərf olunur? Əlavə xərc deyiləndə konkret nə nəzərdə tutulur? Baş katib Elxan Məmmədovun burun dəsmalının, yoxsa tum və ya kontur pulu? İlk növbədə dəqiqləşdirmək lazımdı bu, “rasxod”du, yoxsa “otxod”?
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Premyer-liqa2024-04-21 16:31

“Kəpəz” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm