Ölkə kuboku
“Qəbələ” əskik başladı
“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsini…
“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 25-ci turunun “Sumqayıt”la oyunundan sonra (2:0) bir gün istirahət edən “qırmızı-qaralar” bu gün ilk məşqinə çıxıb.
Martın 13-də Zaqatala şəhər stadionunda “Simurq”a qarşı keçiriləcək matça doğma meydanda hazırlaşan komanda tam heyətlə məşq edə bilməyib. Zədə üzündən komandadan ayrı düşən Dodo hazırlıqdan kənar qalıb. Roman Qriqorçukun yetirmələri sabah da Qəbələdə məşq edəcək. Komandanın martın 12-də səfərə yollanması planlaşdırılıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin Zaqatala şəhər stadionunda keçiriləcək cavab oyunu saat 17:00-da başlayacaq.
(Klub saytı)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…