Ölkə futbolu
Hücumçumuz oynadı, komandası xal itirdi
Xorvatiya çempionatında 26-cı turun oyunları keçirili…
Xorvatiya çempionatında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanovun çıxış etdiyi "Hayduk" klubu da növbəti matçına çıxıb.
Səfərdə "Zaqreb"lə qarşılaşan Split təmsilçisi 2:0 hesabı ilə məğlub olub. Qurbanov görüşün 79-cu dəqiqəsində oyuna daxil olsa da, komandasına kömək edə bilməyib.
Qeyd edək ki, "Hayduk" hazırda 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.