Dünya futbolu
MY-nin Poqba peşmanlığı
"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba vaxtil…
"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba vaxtilə çıxış etdiyi "Mançester Yunayted"in hədəfinə düşüb. Futbolinfo.az xəbər verir ki, “mankunyanlar”ın baş məşqçisi Lui Van Qalın transfer siyahısında fransalının adı ilk pillələrdədi.
Bunu "The Telegraph" idda edib. "Qırmızı şeytanlar" onun üçün Turin klubuna 60 milyondan funt-sterlinqdən daha çox təklif etməyə hazırdı.
"Yuventus"un direktoru Pavel Nedved isə bir neçə gün öncə PSJ-nin Poqbanı transfer etmək istədiyini təsdiq etmişdi. Həmçinin qeyd etmişdi ki, "Barselona" və "Real" da onunla yaxından maraqlanır.
22 yaşlı fransalı futbolçu 2012-ci ildə azad agent kimi "Mançester Yunayted"dən "Yuventus"a keçmişdi.