Milli komanda
Mahir Şükürov: "Azarkeşləri ancaq qələbə razı salacaq"
AÇ-2016-nın seçmə mərhələsi çərçivə…
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə qarşılaşacaq Azərbaycan millisi bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşq edib. Futbolinfo.az xəbər verir ki, yığmamızın müdafiəçisi Mahir Şükürov hazırlıq zamanı açıqlama verərkən futbolinfo.az saytının suallarını da cavablandırıb.
Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Karşıyaka"da çıxış edən təcrübəli futbolçu maltalılara qarşı keçiriləcək oyunla bağlı bu sözləri deyib:
"Düşərgədə ab-hava yaxşıdı. Bizi vacib oyun gözlədiyini bilirik. Məşqçimiz də yenidi. Biz də ondan nəsə öyrənmək istəyirik. Mənə elə gəlir ki, ilk oyunumuz uğurlu olacaq. Əsas evdə qələbə qazanmaqdı. Digər oyunlar haqda isə fikirləşməyə vaxtımız olacaq. Futbolda sürprizlər çox olur. Amma biz Maltaya qalib gəlməliyik. Bunun üçün də matça ciddi yanaşmalıyıq. Bilirik ki, azarkeşləri ancaq qələbə razı salacaq. Ona görə də, qalib gəlib, fanatları yenidən stadiona qaytarmalıyıq. Əvvəlki matçlarda məğlub olduğumuz üçün onlar bizdən inciyib. Bu gün Malta millisi Gürcüstan yığması ilə qarşılaşacaq. Məşqçilərimiz bu oyuna baxıb, sabah bizə bu rəqib haqqında məlumat verəcəklər. Öz durumum yaxşıdı. Məşqçi şans versə çıxıb oynayacam".
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə