Ölkə futbolu
"Qəbələ" "Qalatasaray"la qarşılaşacaq
“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət …
“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının iştirak edəcəyi “VI Manavqat” turnirində qrupların tərkibi və oyunların təqvimi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq turnirdə 22 komanda mübarizə aparacaq.
Belə ki, martın 30-da start götürüb, aprelin 3-dək davam edəcək yarışda qonşu ölkənin “Qalatasaray”, “Beşiktaş” “Bursaspor”, İngiltərənin “Çelsi” kimi tanınmış klubları iştirak edəcək. Püşkə əsasən komandalar 4 qrupa bölünüb. “Qəbələ” 6 komandanın yer aldığı D qrupunda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” yerli “Qalatasaray”, “Seyrantepespor” və “Özerspor” həmçinin Almaniyanın “Berlin Türkiyemspor”, Danimarkanın “Nordsyelland” klubları ilə mübarizə aparacaq.
Qəbələ təmsilçisi martın 30-da ilk matçını almaniyalılara qarşı keçirəcək. Bu oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. 13:30-da “Qalatasaray”la üz-üzə gələcək futbolçularımız qrupdakı növbəti 2 oyununa ertəsi gün çıxacaq. Saat 17:45-də “Seyrantepespor”, 19:15-də “Özərspor” u sınağa çəkəcək “Qəbələ” aprelin 1-də baş tutacaq son turda danimarkalılarla üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.
(Klub saytı)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…