Müsahibə
Rauf Əliyev: "Prosineçkinin diqqətsizliyi qaranlıq məsələdi"
“Neftçi”nin hücumçusu Rauf Əliyevin fu…
“Neftçi”nin hücumçusu Rauf Əliyevin futbolinfo.az saytına müsahibəsi:
– Milli komandanın oyunu ilə əlaqədar Premyer Liqada qısa fasilə yaranıb. Bu fasilə müddətində hazırlaqlar necə gedir?
– Hazırlığımız yaxşı keçir. Yaranmış fasilədən yaxşı istifadə etmək istəyirik. Ümid edirəm ki, çalışmalarımız bəhrəsini verəcək.

– Açıqlamalarınızda milliyə dəvət alacağınızı gözlədiyinizi desəniz də, yığmamızın baş məşqçisi Robert Prosineçki fərqli qərar verdi. Millidən kənar qalacağınızı gözləyirdiniz?
– Baş məşqçinin açıqlamalarına baxanda bunu gözləmək olardı. Bu, hiss olunurdu da. Çağırmadı, eybi yox. Həyat davam edir. Bir dəfə çağırılmamaqla iş bitmir. Mənim üçün ən maraqlısı isə “Neftçi”dən heç kəsin milliyə cəlb olunmaması idi. Bu qərar insana birtəhər gəlir. Baxırsan ki, çempionatda axırıncı yerdə gedən komandadan futbolçu çağırır, amma “Neftçi”dən yox. Qaranlıq məsələdi.

– Sizcə, Prosineçki “Neftçi”dən hansı futbolçulara dəvət göndərməli idi?
– Bunu tək mən yox, camaat da bilir ki, “Neftçi”dən yığmaya dəvət olunmalı futbolçular var idi. Bilmirəm, nə məsələdi.

– “Neftçi”yə keçəndən bəri rəsmi oyunlarda qol vura bilməmisiz. Bu nə ilə bağlıdı?
– Gəldiyim ilk vaxtlarda oynamadım. Son 2-3 görüşdə iştirak etdim. Düzdü, sonradan oyuna daxil olurdum, amma yenə də az idi. Düşünürəm ki, fərqlənə bilməməyim bununla bağlıdı. Oynadıqca özümü sübut edəcəyimə inanıram.

– Baş məşqçi Arif Əsədov sizin gəlişinizdən sonra hücum xəttində yaxşı rəqabət olduğunu bildirdi. Hazırda görünən odu ki, rəqabətdə komandanızın digər hücumçusu Nikolas Kanalesə uduzursuz…
– Kanales daha çox oynamaq şansı əldə edir. O da sonradan özünü göstərə bildi. Mən də oynamaq imkanı əldə etsəydim, qol vurardım. Kim qol vurdu, o da əsas heyətdə yerini tutur. Az oynamağıma baxmayaraq, pis çıxış etdiyimi demək olmaz.

– Bu problem maaşların verilməməsilə bağlı ola bilərmi?
– Yox. Maaşın buna aidiyyatı yoxdu. Komandada maaşla bağlı elə də problem yoxdu.

– Sizcə, “Neftçi”yə transfer olmaq düzgün seçim idi?
– Bəli, düzgündü. Elə bir peşmançılığım yoxdu.

– Necə düşünürsüz, “Neftçi” mövsümü titulla bitirə biləcək?
– Ancaq kuboku qazanmağı düşünürük. Fikirləşə biləcəyimiz başqa heç nə yoxdu. Düzdü, çempionatda mübarizəni sona qədər davam etdirəcəyik, amma hazırda ən real olan kuboku qazanmaqdı.

ZAMİN ALLAHVERDİYEV