Ölkə futbolu
Güvənc Kurtar Cəmşid Məhərrəmova görə istefa verib
Ötən mövsüm "Rəvan"ı çalışdıran …
Ötən mövsüm "Rəvan"ı çalışdıran Güvənc Kurtar ölkəmizdən ayrıldıqdan sonra bir müddət işsiz qalsa da, "Adanaspor"dan gələn təklifi geri çevirməmişdi. O, Türkiyə PTT 1-ci Liqa təmsilçisinin "sükanı arxasına" keçdiyi gündən adanalıların işi heç də pis getmədi. Kurtar uğurlu qrafik cızaraq adanalıları aşağı liqaya düşməkdən qurtardı desək, yanılmarıq. Amma onun burada da işi çox çəkmədi. Güvənc bəy mövsüm başa çatmamış gözlənilməz halda "Adanaspor"dan ayrıldı.
Bəs görəsən, bu ayrılığa nə səbəb oldu? Kurtar komandadan getdisə, deməli, onun Türkiyəyə apardığı Cəmşid Məhərrəmovun da işi çətinə düşəcək. Sabiq futbolçusunu komandaya türk çalışdırıcı aparmışdı axı.
Futbolinfo.az saytına açıqlama verən Güvənc bəy ayrılıqla bağlı ilginc məqamlara toxunub. Sən demə, onun "Adanaspor"dan ayrılmasına səbəb Cəmşid Məhərrəmov olub: "Adanaya gedib artıq müqaviləni ləğv etmişəm. Klubda bir menecer var – Cəmşid Məhərrəmovun oynamasını istəmirdi. İstəyirdi ki, öz futbolçuları oynasın. Həmin menecer komandanın daxilində ab-havanı korladı. Əslində, mən 3 həftə əvvəl istefa vermişdim. Sadəcə olaraq, xahiş etdilər deyə işimə davam etdim. "Adanaspor"da işim uğurlu alındı. Mənim rəhbərliyimlə 17 xal qazandıq. Ən yaxın rəqiblərimizlə 5 və 7 xallıq fərq yaratdıq. Son iki oyunu da hakim səhvlərinə görə uduzduq. Cəmşidə görə çox üzülürəm. Belə çıxır ki, o da komandadan ayrılacaq. Əslində, Cəmşid onların hamısından daha yaxşı oyun sərgiləyirdi".
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı