Ölkə futbolu
"Qəbələ" berlinliləri məğlub edib, "Qalatasaray"a uduzdu
"Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət ko…
"Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq “VI Manavqat” turnirinin açılış günündə iki oyun keçirib. Futbolinfo.az xəbər verir ki, ilk matçda "Berlin Türkiyemspor"la (Almaniya) qarşılaşan "qırmızı-qaralar" meydançadan minimal üstünlüklü qələbə ilə ayrılıblar – 1:0. Berlin təmsilçisinə yeganə qolu Ruslan İsmayılov vurub.
Günün ikinci oyununda "Qəbələ" turnirin iddialı kollektivlərindən olan yerli "Qalatasaray"la üzləşib. Matç istanbulluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ülfət Mədətovun komandası növbəti iki oyununu bu gün keçirəcək. Təmsilçimiz saat 17:45-də “Seyrantepespor”, 19:15-də “Özərspor” u sınağa çəkəcək. Aprelin 1-də baş tutacaq son turda “Nordsyelland”la (Danimarka) üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.
(Klub saytı)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…