Premyer-liqa
Elbrus Məmmədov: "Dəyişikliklər bəhrəsini verdi"
Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunlarına start ver…
Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" evdə "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib.
Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Elbrus Məmmədov qalibiyyəti belə şərh edib:
“Biz mətbuat konfransını bir yerdə keçirməyi əvvəlcədən planlaşdırmışdıq. İstəyirdik ki, Aqil Məmmədovla Elbrus Məmmədovun qardaşlığını bütün Azərbaycan görsün. Oyuna gəldikdə isə, son vaxtlar edilən dəyişikliklər bəhrəsini verdi. Meydançada əzmkar komanda gördüm. Düzdü, ilk dəqiqələrdə bir qədər inamsız çıxış etdik. Amma sonradan hər şey yaxşıya doğru dəyişdi. Qələbəyə görə sevincliyəm”.
(pfl.az)