Premyer-liqa
Aqil Məmmədov: Bu uğursuz seriyaya son qoymaq istəyirik"
Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunlarına start ver…
Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" evdə "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib.
Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aqil Məmmədov məğlubiyyəti belə şərh edib:
“Maraqlı oyun alındı. Oyunun gedişi göstərmirdi ki, qələbə kimin olacaq. Sonda qələbəni “Xəzər Lənkəran” qazandı. Səhvlərimiz göz önündədi. Artıq 11 oyundu ki, qələbə qazana bilmirik. Bu uğursuz seriyaya növbəti turda – “Bakı” ilə keçiriləcək oyunda son qoymaq istəyirik”.
(pfl.az)