Ölkə futbolu
Cahangir Hacıyevin əvəzləyicisi rəsmən bəlli oldu
Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub. Futbolin…
Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub. Futbolinfo.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya məlumat Beynəlxalq Bankdan daxil olub.
Məlumata görə, "PaşaBank"ın İdarə Heyətinin sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib.
Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin planlaşdırılması" fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin "Biznesin administrasiyası" fakultəsini bitirib.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefa verib. Onun istefasından sonra sahibi olduğu "İnter" və "Simurq" klubunda problemlərin yaranacağı gözlənilir.