Dünya futbolu
Ağayevin klubunda böhran: Avtobus da satıldı
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin çıx…
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Kayserispor" klubunda maliyyə problemləri yaranıb. Futbolinfo.az xəbər verir ki, Türkiyə PTT 1-ci Liqa təmsilçisi problemi aradan qaldırmaq məqsədilə kluba aid bəzi əmlakı satıb.
Türkiyə mətbuatının yazdığına görə, avtobusunu və kluba aid bir neçə avtomobili satan rəhbərlik bankdan da 4 milyon Türk lirəsi məbləğində kredit götürüb. Bununla bəzi maddi çatışmazlıqları aradan qaldıran "sarı-qırmızılar" indi də futbolçuların mükafatlarını verməyin yollarını axtarır.
Qeyd edək ki, 25 turdan sonra 53 xal toplayan "Kayerispor" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…