Ölkə futbolu
Yığmanın həkimləri Məqsəd İsayevin taleyi ilə oynayır
"Neftçi"nin heyətində ciddi itki baş verib. Futbol…
"Neftçi"nin heyətində ciddi itki baş verib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun müdafiəçisi Məqsəd İsayev sıradan çıxıb.
Belə ki, U-21 millimizin heyətində "Qarabağ"la yoxlama görüşündə zədələnən futbolçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə saytımıza danışan İsayev hazırda Türkiyədə olduğunu bildirib:
"Müalicə üçün Türkiyə gəldim. Burada bəlli oldu ki, Bakıdakı həkimləri düzgün müayinə etməyiblər. Diz bağımın 50 faizindən çoxu qopub. Bu gün Ankaradan qayıdacam. Yaxın günlərdə müalicə üçün Almaniyaya yollanacam. Mənə dedilər ki, ən az 5 ay müddətində futbol oynaya bilməyəcəm".
Əldə etdiyimiz digər məlumata görə, burada olarkən İsayevi milli komandamızın həkimləri yoxlayıb və ona meniskində yırtığ olduğunu, 1 ay müddətinə yaşıl meydanlardan kənar qalacağını deyiblər. Lakin türkiyəli həkimlər futbolçuya daha dəqiq diaqnoz qoyub. Görünür, futbolçu yığmamızdakı həkimlərə qulaq assaydı, daha ciddi problemlə üzləşə bilərmiş.