Premyer-liqa
Soltanov: "Bu, bizdə özünəinam yaratdı"
Ötən gün Topaz Premyer Liqasında 28-ci turun oyunları ke&…
Ötən gün Topaz Premyer Liqasında 28-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə AZAL-ı 4:0 hesabı ilə məğlub edib.
"AZAL Arena"dakı oyundan sonra qəbələlilərin futbolçusu Bəxtiyar Soltanov saytımıza açıqlama verib:
"Oyunun əvvəli bizim üçün çətin keçdi. Üstünlük rəqibdə idi və bir neçə şansları da oldu. Vurduğumuz ardıcıl 2 qoldan sonra AZAL söndü. Həm də bu, bizdə özünəinam yaratdı. Komandamızı təbrik edirəm. Sözün düzü, biz də gözləmirdik. Çünki bundan öncə keçirilən 3 qarşılaşmanın 2-də məğlub olub 1-də heç-heçə etmişdik. Belə asan olacağını düşünməzdim".
Təcrübəli yarımmüdafiəçi növbəti turdakı "Simurq" matçından da söhbət açıb: "Simurq"la növbəti tur evdə qarşılaşacağıq. Kubokda da bizi mübarizədən kənarlaşdırıblar. Həmçinin, onlara çempionatda da məğlub olmuşuq. Bu sonuncu şansımızdı. Onları uda bilsək, daha rahat olacağıq. Fərq 5 xala yüksələcək. Əlimizdən gələni edəcəyik ki, qalib gələk".