Premyer-liqa
Hücumçusundan Bakı klubuna şad xəbər
Dünən Topaz Premyer Liqasının 28-ci turu çərçiv…
Dünən Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşan “İnter” bu gün yenidən bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, “bankirlər” bərpa məşqinə çıxacaq.
Aprelin 8-dən isə komanda ölkə kuboku çərçivəsində keçiriləcək “Neftçi” matçının hazırlıqlarına başlayacaq. Klubda cəzalı futbolçu yoxdu. Yalnız Aleksandr Amusilaşvili zədə səbəbindən bu görşdə iştirak edə bilməyəcək. Dünənki qarşılaşmada xəsarət alan və məcburiyyətdən əvəzlənən gürcüstanlı hücumçu Baçana Sxadadzenin zədəsi isə elə də ciddi deyil. Digər zədəli futbolçu Coşqun Diniyev isə “ağ-qarlar”la oyuna hazır olacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun yarım final mərhələsi çərçivəsində baş tutacaq “Neftçi” – “İnter” matçı aprelin 13-də “Bakcell Arena”da keçiriləcək.