Premyer-liqa
Vobay danışdı: "Heç kəsdən üzr istəmək məcburiyyətində deyiləm"
Dünən Topaz Premyer Liqasının 28-ci turunda Zaqatalada baş tu…
Dünən Topaz Premyer Liqasının 28-ci turunda Zaqatalada baş tutan “Simurq” – “Neftçi” (0:1) oyunundan sonra gərgin anlar yaşanıb. Futbolinfo.az xəbər verir ki, matçdan sonra yerli azarkeşlər rəqib komandanın yarımmüdafiəçisi Julius Vobayın onlara qarşı qeyr-etik jest etdiyini bildiriblər.
Fanatlar buna görə afrikalı futbolçudan üzr istəməsini tələb ediblər. Vobay isə saytımıza açıqlamasında bunu təkzib edib. O, bildirib ki, azarkeşlərə qarşı heç bir tərbiyəsizlik etməyib: “Mən azarkeşlərə qarşı heç bir qeyri-etik jest etməmişəm. Bunu kim çıxarıb? Mən nə baş verdiyini bilmirəm. Mənim azarkeşlərlə aramda heç bir problem olmayıb. Niyə onlara qarşı tərbiyəsiz jest edim ki? Bunun kimin iddia etdiyini bilmirəm. Sadəcə azarkeşlərə qarşı heç bir jest etmədiyimi deyə bilərəm. Həmçinin heç kəsdən üzr istəmək məcburiyyətində deyiləm”.
Qeyd edək ki, bu hadisənin baş verməsini "Simurq" klubunun mətbuat xidməti də təsdiqləyib. Onlar bu barədə matçın inspektoruna da məlumat verdiklərini bildiriblər. Hətta Vobayın bu hərəkətinə görə, özündən çıxan zaqatalalı azarkeşlər Vobaya tərəf hücum etmək istəsələr də, polis hadisəyə müdaxilə edərək onları dayandırıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…