Premyer-liqa
Çixradzedən məğlubiyyət şərhi
Topaz Premyer Liqasının 29-cu turun oyunları keçirilib. Futb…
Topaz Premyer Liqasının 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" evdə "Simurq"u 1:0 hesabı ilə məğlub edib.
Qəbələ şəhər stadionundakı oyundan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi George Çixradze məğlubiyyəti belə şərh edib:
“Gərgin oyun alındı. Biz qol epizodları yaratsaq da, bundan istifadə edə bilmədik. Rəqibin standart vəziyyətdən vurduğu bir qol oyunun nəticəsini müəyyənləşdirdi. Rəqib qol vurduqdan sonra açıq futbol sərgilədik. Amma yenə istədiklərimizi həyata keçirə bilmədik”.
(pfl.az)