Premyer-liqa
Qəbələdə hakim "şou"su: Futbolçunu səhv saldı, yoxsa…
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində &ld…
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Qəbələ” doğma azarkeşləri önündə Ruslan Abışovun qolu sayəsində “Simurq”u 1:0 hesabı ilə məğlub etməyi bacardı. Hər iki komanda matç ərzində özünü yaxşı tərəfdən göstərsə də, eyni sözləri qarşılaşmanın baş hakimi Elvin Əsgərov haqda demək olmaz.
Xırda qayda pozuntuları zamanı tez-tez oyunu saxlayan, bununla da matçın tempini aşağı salan Əsgərov ən kobud səhvini qarşılaşmanın 79-cu dəqiqəsində etdi. “Qəbələ”nin əks-hücumu zamanı qonaqların yarımmüdafiəçisi Samir Zərgərov Rikardinyonun qarşısını sürüşkən fəndlə almağa cəhd göstərsə də, braziliyalı ondan sıyrıla bildi. Ardınca isə “Simurq”un kapitanı İlkin Qırtımov Silvanın qarşısını kobudluqla aldı. Maraqlıdı ki, qayda pozuntusunu aşkarlayan Elvin Əsgərov Qırtımovun əvəzinə Samir Zərgərova sarı vərəqə göstərdi. Referinin bu qərarı isə yarımmüdafiəçinin təəccübünə səbəb oldu.