Premyer-liqa
Böyükağa Hacıyev "Böyük oyun"u şərh edib, AZAL-dan ümidsiz danışdı
Dünən Topaz Premyer Liqasında 29-cu turun oyunları keçi…
Dünən Topaz Premyer Liqasında 29-cu turun oyunları keçirilib. Bu turda əzəli rəqiblər – "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında baş tutan və "Böyük oyun" adlandırılan maraqlı duelin də şahidi olduq.
Ümumiyyətlə, ötən gün baş tutan oyunlarla bağlı Böyükağa Hacıyevin fikirləri öyrəndik. Futbolinfo.az-a danışan təcrübəli mütəxəssis turu belə şərh etdi:
"(“Xəzər Lənkəran” – “Neftçi” – 2:2) “Neftçi” dünənki matçda qalib gəlməli idi. Əgər komanda çempioluq uğrunda mübarizə aparırsa, bu, 3 xal götürüləsi qarşılaşma idi. Çox təəssüf ki, komanda 2 top fərqi ilə irəlidə olduğu oyunda qalib gələ bilmədi.
(“Qarabağ” – AZAL – 2:1) Çox təəssüf ki, AZAL matçın sonlarına kimi oynayıb, çatdıra bilmir. Ola bilər ki, problem komandanın gənclərə çox ümid bəsləməsindən irəli gəlir və ya heyətdə usta futbolçuların olmaması öz sözünü deyir. AZAL-da bu gün oynaya bilən futbolçular barmaqla sayılacaq qədərdi. Komandanın avrokuboklara vəsiqə qazanması inandırıcı görünmür.
(“Qəbələ” – “Simurq” – 1:0) “Simurq” bir az ağır komandadı. Vurulan qol zamanı Kapsa gözləmirdi ki, top birbaşa qapıya gedəcək. Bundan əlavə, ”Simurq” son 2 turdu ki, məğlub olur. “Qəbələ”nin isə ardıcıl qalibiyyətləri öz nəticəsini göstərir. Xal fərqi 5-ə yüksəlib. Roman Qriqorçukun öz futbol fəlsəfəsini komandaya aşılaması haqqında indidən danışmaq tezdi. Çempionatın başa çatmasına hələ 7 tur qalıb. Amma fakt budu ki, komanda hazırda keçirdiyi oyunlarda qalib gəlir. Diqqətlə fikir verin “İnter”, “Qarbağ” kimi komandaları məğlub edə bilib, əvəzndə kimlərə məğlub olub. Əgər həmin görüşlərdə qalib gələ bilsəydilər, hazırda 2-3 lider komandadan biri də onlar olacaqdı.
(“Sumqayıt – “Bakı” – 0:0) "Hər ikisi bərabərsəviyyəli komandadı. “Sumqayıt” “Bakı”ya nisbətən, bir az komplektləşmiş komandadı. Bu da rəhbərliyin düzgün strateiyası olmasından irəli gəlir. Bu gün “Bakı” haqda bu sözləri demək çətindi".
ELMAR ABDULLA-ZADƏ