Premyer-liqa
"Qəbələ" yenə Dodosuz
Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində apr…
Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində aprelin 17-də Bakıda “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “Simurq”la aprelin 9-da keçirilən 29-cu turun oyunundan sonra 2 günlük istirahət edən komanda ardından bərpa etdiyi hazırlıqlarına Qəbələdə start verib.
Zədə səbəbindən bir müddət hazırlıqlardan kənar qalan Dodo istisna olmaqla, bütün futbolçular iki gündü davam edən çalışmalarda iştirak edib. Roman Qriqorçukun yetirmələri aprelin 16-da paytaxta yollanacaq. “Qırmızı-qaralar”ın oyun öncəsi son məşqinin Bakıda baş tutması planlaşdırılıb.
Qeyd edək ki, “Neftçi” ilə Bakıdakı qarşılaşma “Bakcell Arena” stadionunda keçiriləcək.
(Klub saytı)