Premyer-liqa
Novruz Məmmədov: "Düşdüyümüz durumdan çıxmağa çalışırıq"
AZAL-ın futbolçusu Novruz Məmmədov komandasının hazırkı …
AZAL-ın futbolçusu Novruz Məmmədov komandasının hazırkı durumu ilə bağlı açıqlamalar verib. Futbolinfo.az saytına danışan müdafiəçi Premyer Liqanın növbəti – 30-cu turunda keçirəcəkləri "Sumqayıt" matçına hazırlığı dəyərləndirib:
“Komandada hazırda vəziyyət normaldı. Baxmayaraq ki, son 3 matçda məğlub olmuşuq. Düşdüyümüz durumdan çıxmağa çalışırıq. Məşqlərmizi davam etdirib, növbəti görüşlərə hazırlaşırıq. Düzdü, ardıcıl məğlubiyyətlər komandanı bir az sarsıtdı. Ancaq nə etmək olar? Qarşıda “Sumqayıt”la oyun var. Matça ciddi hazırlaşırıq, hazırlıqlarımız da bu yöndə gedir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Məmmədov komandasının avrokuboklara vəsiqə qazanmaq şansı ilə bağlı da danışıb: "Şans az da olsa var. Bundan sonra bütün qarşılaşmalarımıza final oyunu kimi çıxıb, qalib gələməliyik ki, 4-cü yerə iddiamız olsun. Çox adam deyir ki, AZAL artıq avroliqaya düşə bilməyəcək. Biz hazırda hər oyunda qələbə qazanmağı düşünürük. Bu, baş verəcəyi halda şansımız olacaq. 3 oyundu məğlub olmuşuq deyə qarşıdakı 7 matçı da fikirləşməmək düzgün deyil. Psixoloji olaraq nə qədər zəifləsək də, məğlubiyyətlər bizə pis təsir etsə də, hazırkı vəziyyətdən çıxmağa çalışacağıq. Fərqi yoxdu iddiamız davam edir ya yox, hər oyunda ciddi yanaşmalıyıq”.