Ölkə futbolu
Ölkə klublarına şad xəbər: Dövlət hamıya maddi yardım edəcək
Ölkədəki iqtisadi böhranın klubların durumuna da ciddi t…
Ölkədəki iqtisadi böhranın klubların durumuna da ciddi təsir etməsi bu sahəyə cavabdeh olanları hərəkətə gətirib. Bir çox komandanın vəziyyətinin pisləşməsi, hətta bəzilərinin gələn mövsüm Premyer Liqada çıxış etməyə qadir olmaması AFFA rəsmilərini də düşündürür.
Elə bu səbəbdən AFFA prezidenti Rövnəq Abdullayev klubları sevindirəcək təşəbbüsə qol qoyub. Onun təklifi klublara maddi yardım edilməsi ilə bağlıdı. Yeni futbolçuların yetişdirilməsi, inkişafı, klubların maddi problemlər üzündən çıxışını yarımçıq dayandırmaması, dağılmaması üçün onlara dövlət tərəfindən qayğı göstərilməsi qərara alınıb. Abdullayevin təklifinə görə, klublara dövlət tərəfindən müəyyən məbləğ ayrılacaq, qalan xərcləri isə klub sahibləri özləri qarşılayacaq.
Hələlik təklif müzakirə olunur. Məbləğ təsdiqlənməsə də yardımın hər kluba 1,5 milyon manatdan az olmayacağı deyilir. Ancaq məsələnin reallaşma ehtimalı yüksək olduğundandı ki, elitaya gəlmək ehtimalı olan “Rəvan”, “Zirə” kimi klubların rəhbərliyinə bu barədə şifahi məlumat verilib. Təbii ki, bu məbləğ ayrılandan sonra klubların yaşaması üçün çatışmayan pulu təmin etmək sponsorlar üçün çətin olmamalıdı.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı