Premyer-liqa
Nurlan Novruzovun son şansı
Dünən Topaz Premyer Liqasının 30-cu turu çərçiv…
Dünən Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində “Bakı” öz meydanında “İnter”i qəbul edirdi. Futbolinfo.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Meydan sahiblərinin matçdakı yeganə qolunun müəllifi Nurlan Novruzov olub. Bununla da, hücumçu qolların sayını 13-ə çatdıraraq, bombardirlər sırasında ilk pilləyə qalxıb. Cari mövsümdə “bankirlər”lə matçda qol vura bilməyən Novruzov dünən “ağ-göy”lərin də qapısına yol taparaq, unikal göstəriciyə imza atıb. Belə ki, hücumçu, bu mövsüm çempionatda rəqibləri olan 8 komandadan 7-in qapısına yol tapa bilib. Novruzovun məyus edə bilmədiyi yeganə komanda hələ k,i “Qəbələ”di. Forvard 36-cı turda “qırmızı-qaralar”la görüşdə fərqlənə bilsə, Premyer Liqada bütün rəqiblərin qapısına yol tapmış olacaq.
Ümumiyyətlə, o, komandasının davam edən mövsümdə vurduğu 17 qoldan 13-ün müəllifidi. Futbolçunun ən çox qapısına yol tapdığı komandalar isə “Qarabağ” və “Simurq”du – 3 dəfə… Digər bir maraqlı fakt isə ondan ibarətdir ki, bakılıların Nurlandan başqa digər futbolçuları sonuncu dəfə noyabrın 20-də Premyer Liqanın 12-ci turu çərçivəsində “Qarabağ”a qarşı matçda fərqlənə biliblər.
Qeyd edək ki, hücumçunun qol vura bilmədiyi yeganə oyun olan “Qəbələ” – “Bakı” görüşü mayın 28-də sonuncu – 36-cı tur çərçivəsində keçiriləcək. Bir mövsüm ərzində bütün komandalara qol vurmaq xoşbəxtliyinə çatmaq üçün bu matç Novruzovun son şansıdı.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”