Ölkə kuboku
"Qarabağ"la oyun öncəsi ciddi itki
Tarixində ilk dəfə ölkə kubokunun yarımfinal mərhələsinə…
Tarixində ilk dəfə ölkə kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanan "Simurq" bu gün həlledici oynuna çıxır. Futbolinfo.az xəbər verir ki, ilk qarşılaşmada "Qarabağ"a 1:0 hesabı ilə səfərdə məğlub olan "sarı-qaralar" ötən gün məşqləri tamamlayıb.
Son məşqdə bütün futbolçular iştirak edib. Ancaq Zaqatala təmsilçisi son çempionla görüşə ciddi itki ilə çıxacaq. Komandanın kapitanı İlkin Qırtımov sarı vərəqə limitinə görə bu matçda forma geyinə bilməyəcək.
Qeyd edək ki, saat 18:00-da start götürəcək Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab qarşılaşması, "Simurq" – "Qarabağ" matçı "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi