Dünya futbolu
Klopp London klubuna “yox” dedi
Mövsümün sonunda Dortmund “Borussiya”sında…
Mövsümün sonunda Dortmund “Borussiya”sından ayrılacaq Yurgen Klopp "Vest Hem"in təklifini rədd edib. Futbolinfo.az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Mənbədə qeyd olunur ki, hazırda Kloppun adı Premyer Liqa klublarının böyük əksəriyyəti ilə birgə hallanır. Bunlardan biri də "Vest Hem"di. Sem Ellardaysın mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilir. Onun rəhbərlik, o cümlədən azarkeşlərlə münasibətləri qaydasında deyil.
London klubunun baş məşqçi postuna əsas namizədlər isə Rafael Benites, Devid Moyes və Marselo Bielsadı.