I Liqa
Mehman Allahverdiyev: "4-cü hakim hələ də Gəncədədi"
"Kəpəz"in prezidenti Mehman Allahverdiyev ötən g&uum…
"Kəpəz"in prezidenti Mehman Allahverdiyev ötən gün 1-ci divizionun 25-ci turu çərçivəsində baş tutan "Ağsu"ya qarşı oyundakı qalmaqaldan danışıb. Futbolinfo.az saytına açıqlama verən Allahverdiyev bu sözləri deyib:
"Hamısı cəfəngiyyatdı. Bunu hakimlərdən də soruşa bilərsiz. Sadəcə, bir az penalti epizodunda narazılıq oldu. Dünən saytlara baxıb görürəm ki, hakimin ora-bura qaçdığını, azarkeşlərin meydana tullandığını yazıblar. Ayıbdı, belə şeylər bizə yaraşmaz. Məsələni dəqiqləşdirib, yazsınlar da. Oyundan sonra yüksək səviyyədə hakimləri yola da saldıq. Öpüşmüşük də, görüşmüşük də. Bunu özlərindən də soruşa bilərsiz. Gülməlidi… Elə bil birinci dəstədə "Kəpəz"dən başqa komanda yoxdu. A kişi, axırıncı yerdə gedən "Energetik"ə də uduzmuşuq. Heç hakimə bir söz deyilib? Allah haqqı boş söhbətlərdi. 4-cü hakim hətta indi Gəncədədi. Hakimlərdən birinin toyunda iştirak etmək üçün burda qalıb. Toyda da bir yerdə olacağıq".
O, maliyyə problemlərindən də söhbət açıb: "Biz də komandamızın yaxşı olmasını istəyirik. Sponsor bizə dəstək olandan sonra hər şey yaxşı olacaq. Biz hələ də dözürük. Pul olmayandan sonra nə etmək olar? Allah sağlıqlarına qismət etsin. "Ağsu", "Qaradağ Lökbatan", "Neftçala", "Zirə"yə də dəsyətək olanlara öz təşəkkürümü bildirirəm. Allahdan arzu edirik ki, bizə də sponsor yetirsin. Onda "Kəpəz" öz sözünü deyəcək. Heç kimdən geri qalan deyilik".
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”