Premyer-liqa
Kardozoya ağır cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 31-ci-cu turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
Belə ki, “Xəzər Lənkəran” – “Qəbələ” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 45+1-ci dəqiqəsində Lənkəran təmsilçisinin futbolçusu Elvin Mirzəyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə kəsilib.
Komitə "Neftçi"nin futbolçusu Karlos Kardozonu da cəzalandırıb. Belə ki, “Qarabağ” – “Neftçi” matçının 75-ci dəqiqəsində Kardozo idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Braziliyalı müdafiəçi İntizam Komitəsinin 7 aprel 2015-ci il tarixli qərarı ilə iki oyunu şərti cəza olmaqla 3 oyun cəzalandırılmışdı. Lakin futbolçu ona verilən 6 aylıq sınaq müddəti ərzində yenidən cəzalandığı üçün 2 oyunluq şərti cəza avtomatik olaraq qüvvəyə minib. Bununla da, o, ümumilikdə 3 oyunu buraxmalı olacaq.
(affa.az)