Dünya futbolu
125 ildən sonra
İngiltərə Çempionşipində sona bir tur qalmış Premyer Liq…
İngiltərə Çempionşipində sona bir tur qalmış Premyer Liqaya yüksələn ilk iki klubun adı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, səviyyəcə ölkənin 2-ci liqasında 45-ci turda "Bolton"u qəbul edən "Bornmut" 3:0 hesabı ilə qələbə qazanıb və xallarının sayını 87-ə çatdırıb.
Bundan sonra "qırmızı-qaralar"ın ən yaxın rəqibi "Midlzbro" ilə xal fərqi 3-ə yüksəlib. Daha çox qol vurma reqlamentini nəzərə alsaq, son turda klubların xalları bərabərləşsə belə, “Bornmut” ikinci pillədə qalaraq elitaya yüksələ biləcək.
Qeyd edək ki, 2009-cu ildə maliyyə böhranı ilə üzləşən və İngiltərə ikinci liqasından (sayca 4-cü) Konferensiyaya düşmək təhlükəsini yaşayan komanda həmin hadisələrdən cəmi 6 il sonra Premyer Liqaya vəsiqə qazanır. Ümumilkdə isə “Bornmut” tarixində ilk dəfə elitaya vəsiqə qazanıb.