Bizi izləyin

Müsahibə

“Cahangir Hacıyev planıma dəstək verəcəyini bildirdi”

Bakı “İnter”inin idman məsələləri üzrə vitse-p…

blank
Bakı “İnter”inin idman məsələləri üzrə vitse-prezidenti Roland Vrumans klubun rəsmi saytına maraqlı açıqlamalar verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
– Siz “İnter” Peşəkar İdman Klubunda ötən ilin oktyabr ayından etibarən işləməyə başladınız. Kluba təşrif buyuraraq, burada çalışmağa vadar edən əsas səbəb nə idi?
– Layihə üzərində çalışmaq və bir sıra məqsədlərə nail olmaq üçün bir neçə ili əhatə edən gələcəyin mənzərəsini bilmək vacib məsələdi. “İnter”dən təklif mənə maraqlı gəldi və Bakı şəhərinə getdim, öz gözlərimlə “İnter Arena” stadionunu gördüm, bir sıra mühüm şəxslərlə görüşdüm və layihənin gələcək mənzərəsini yaratmağa çalışdım.
Yaşadığım Belçikaya qayıtdıqdan sonra bu imkanı ailəmlə müzakirə etdim və “İnter”də çalışmağa başlamaq istədim. “İnter”də çalışmaq üçün Roda JC Kerkrade ilə müqaviləmin ləğv edilməsi üçün danışıqlar aparmalı oldum. Əvvəlki klubla münasibətlərə rəsmən xitam verdikdən sonra “İnter”lə 2017-ci ilə qədər müqavilə imzaladım.
– İşə necə başladınız?
– Həmişə indiki vəziyyəti təhlil edərək gələcək üçün planlar hazırlamaq lazımdı. Mən birinci komanda ilə bağlı iş metodunu təhlil etdim və komandanın baş məşqçisi Kaxaber Sxadadze ilə əsas və ikinci komandanın oyunçularının oyun keyfiyyətini birlikdə analiz etməyə başladıq. Əlbəttə, mən bilirəm ki, Kaxaber Sxadadze 7 ildi uğurla baş məşqçilik edir. Mənim üçün bilmək vacib idi ki, komandanın ümumi şəxsi heyəti birlikdə necə çalışır və hansı keyfiyyətlərə malikdir. Əsas komandanın başlıca vəzifəsi oyunlarda qalib gələrək yaxşı nəticələr əldə etməkdi, amma biz oyunçuları daha yüksək səviyyəyədək inkişaf etdirmək istəyirik. Birinci komanda bizim lokomotivimizdi. Hamı səbrsizliklə əsas komandadan nəticə və məhsuldarlıq gözləyir.
 Mənim “İnter”lə bağlı hazırladığım layihə klubu, xüsusilə də futbol bölməsini, əsas komandanı,seleksiya işini və uşaq-gənclər futbol məktəbini daha daha yüksək səviyyəyə yüksəldilməsinə istiqamətlidi. Bu, böyük layihə və çətin vəzifədi. Buna görə də, mən “2015-2020-ci il planı”nı hazırlayaraq klubun sahibi Cahangir Hacıyevə təqdim etdim. Cənab Hacıyev plana çox yaxşı yanaşdı və dəstək göstərəcəyini bildirdi. Beləliklə, planı yerinə yetirməyə başlamaq imkanı yarandı.

 
– Birinci komanda ilə bağlı nəyi reallaşdıra bildiniz?
– 2015-ci ilin yanvar ayında baş məşqçi Kaxaber Sxadadze ilə onun Gürcüstan milli komandasının baş məşqçisi təyin edilməsindən sonra yaranmış yeni vəziyyəti müzakirə etdik. Biz belə bir qərara gəldik ki, Marino Pusiçi baş məşqçi postuna potensial namizəd kimi dəvət edək.
Həmçinin klub həkimlərilə müzakirələr apardıq. Tibbi şöbənin iş metodlarını araşdırdıq və iş keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə fizioterapevt vəzifəsinə “Karlsrue”dən Klemens Foqtu dəvət etdik. O, çox bacarıqlı insandı və klubumuza sürətlə uyğunlaşdı.
Qış transfer pəncərəsinin açıq olduğu müddətdə baş məşqçilə bir necə dəfə müzakirələr apardım. Məqsədimiz mərkəz hücumçusunu, hücumçunu və mərkəz müdafiəçisini komandaya cəlb etmək idi. Biz “vinqer” kimi “Feyenoord” klubundan Ruben Skaxenin və mərkəz müdafiəçisi mövqeyinə Belqradın “Partizan” klubundan Voislav Stankoviçin transfer edilməsi barədə qərar qəbul etdik.
Biz bir sıra maraqlı mərkəz hücumçusu barədə müzakirələr apardıq, amma bu mövqelərə futbolçu dəvət etmədik. Qış transfer pəncərəsinin bağlanmasından sonra qələbə qazanmaq və mövsümün sonunadək yaxşı nəticələr əldə etmək üçün doğru futbolçuların seçilməsi mühüm əhəmiyyət daşıyırdı. Transfer pəncərəsinin bağlanmasından sonra gəldiyim qənaətlərdən biri də “İnter”in skaut komandasının yaradılması oldu. Mən komandaya cəlb olunmalarından öncə yeni oyunçuların potensiallarını canlı müşahidə etmək istəyirəm.
Siz əsas komanda üçün yeni futbolçuları seleksiya yolu ilə transfer edə, yaxud klubun uşaq akademiyasından futbolçuları cəlb edə bilərsiniz. Mən PSV Eindhoven klubunun gənclər akademiyasında çalışmışam və üç il Rusiyanın Tolyatti şəhərində Konoplev akademiyasında işləmişəm.
“İnter”in Uşaq-Gənclər Futbol Akademiyasının da beynəlxalq standartlara uyğun formalaşdırılmasına hazıram. Əsas məqsəd birinci komanda üçün futbolçular yetirdirməkdi. Mən AFFA-da cənab Bernard Lippertlə görüşdüm və AFFA-nın gənclərlə bağlı layihəsinə qoşulmağa hazır olduğumuzu bildirdim. Bizim növbəti görüşümüz bu yaxınlarda baş tutmalıdı.

 
– Komandada hazırda vəziyyət necədi?
– Klubda hamı öz işini görür. Əsas komandanın əldə etdiyi nəticələr komanda üzvləri və əməkdaşları üçün təqdirəlayiqdi. Biz Azərbaycan Premyer Liqasında çempionluq uğrunda əvvəlkitək “Qarabağ”la mübarizə aparırıq!
 UEFA Avropa Liqasında vəsiqə qazanmağımız artıq dəqiqdi. Biz UEFA-nın təsnifat mərhələsində iştirak edəcəyimiz barədə təsdiq məktubunu da göndərmişik. Bu isə o deməkdi ki, biz növbəti mövsümdə də iştirak edəcəyik.
 Mən gələcək üçün bir neçə ssenariyə də hazıram. Azərbaycan yarışlarında, istər Premyer Liqada, istər birinci divionda, eləcə də U-19 və U-17 turnirlərində bir çox oyunlara və oyunçuların çıxışlarına baxmışam. Milli komandanın və U-21 komandasının məşq prosesini izləmək üçün Türkiyədə olmuşam. 2015-ci ilin aprelində gələcək mövsümə hazırlıqlar məqsədilə Marino Pusiçlə birlikdə Hollandiya, Belçika və Almaniyada səfər etdik. Əlbəttə, ambisiyalarımız yeni büdcə ilə müəyyənləşəcək, amma mən indiki komandanın və ya yeni komandanın formalaşdırılması üçün bir neçə ssenariyə də hazıram.
 Ümid edirəm ki, bütün bu məsələlərə tezliklə aydınlıq gələcək. Bizə yaxşı şəxsi heyət, yaxşı komanda və yeni mövsüm üçün zəruri hazırlıq keçmək lazımdı. Mən həqiqətən də istəyirəm ki, indiki komandanın əsasını qoruyaraq Avropa Liqasında uğur qazanaq və gələcək mövsümdə də iştirak edək. Avropada uğur qazanmağımız yaxşı olardı.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-17 08:17

“Qarabağ”da özümü rahat hiss edirəm”

blank
Müsahibə2024-04-17 08:00

“Kəpəz”in oyunçusu “Qəbələ”nin elitada qalmasını istəyir: “Bu oyunun haqqı məğlubiyyət deyildi”

blank
Dünya futbolu2024-04-17 01:05

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

blank
Milli komanda2024-04-16 23:01

“Bu gün daha yaxşı oynadıq” – Borisov

blank
Milli komanda2024-04-16 22:46

Millimiz gürcülərə yenə uduzdu

blank
Digər idman növləri2024-04-16 22:31

“Neftçi” uduzdu, “Abşeron” qalib gəldi

blank
Dünya futbolu2024-04-16 20:00

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Dünya futbolu2024-04-16 18:00

“Golden Boy” mükafatına favoritlər açıqlandı

blank
Digər idman növləri2024-04-16 17:47

Alkaras Madrid turnirinə qədər sağalacağına əmin deyil

blank
Digər idman növləri2024-04-16 17:32

Kramarenkonun qızı sevgilisindən ayrıldı

blank
Əvəzedicilər2024-04-16 17:16

Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-16 17:02

Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”

blank
Dünya futbolu2024-04-16 16:45

Belçikalı futbolçu üçün 2024-cü il erkən bitdi

blank
Digər idman növləri2024-04-16 16:31

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub

blank
Ölkə futbolu2024-04-16 16:14

Rüfət ümidlidir: “Hər şeyin itirildiyini düşünmürəm”

blank
Digər idman növləri2024-04-16 16:00

Olimpiya məşəli alovlandırıldı

blank
Digər idman növləri2024-04-16 15:45

Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Digər idman növləri2024-04-16 15:31

Boston marafonunda sensasiya olmadı

blank
Premyer-liqa2024-04-16 15:14

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-04-16 14:58

Avropa çempionlarımız Vətənə qayıdıb

blank
Milli komanda2024-04-16 14:47

UEFA AFFA-nı cərimələdi

blank
Digər idman növləri2024-04-16 14:36

Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

blank
Dünya futbolu2024-04-16 14:25

Dünya çempionu vəfat etdi

blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm