Premyer-liqa
Biri qayıdır, digəri Türkiyədə
Premyer liqanın 33-cü turu çərçivəsində doğma …
Premyer liqanın 33-cü turu çərçivəsində doğma meydanda lider “Qarabağ”la xalları yarı bölən (1:1) “Xəzər Lənkəran” dünəndən məşqlərini bərpa edib. Futbolinfo.az xəbər verir ki,
Lənkərandakı bazasında toplaşan komandamız növbəti turun AZAL ilə qarşılaşması üçün hazırlığa start verib. Hazırda yalnız Türkiyədə əməliyyat olunan Sadio Tounkara məşqlərdən tam olaraq kənarda qalsa da, gənc müdafiəçi İlyas Səfərzadə fərdi olaraq məşqlərini davam etdirir. May ayının 15-də əsas meydançada oyunöncəsi son məşqini keçirəcək “ağ-yaşıllar” bununla hazırlığını tamamlayıb, oyun saatını gözləyəcək.
Xatırladaq ki, 34-cü turun “Xəzər Lənkəran”- AZAL görüşü may ayının 16-da baş tutacaq və “Xəzər Lənkəran TV” ilə canlı yayımlanacaq.
(Klub saytı)