Premyer-liqa
Çixradzenin qələbə şərhi
Bu gün Topaz Premyer Liqasında 34-cü tura start verilib. Fu…
Bu gün Topaz Premyer Liqasında 34-cü tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Simurq" evdə "Bakı"nı 4:0 hesabı ilə məğlub edib.
Zaqataladakı oyunda sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi George Çixradze qələbəni belə şərh edib:
“Cari mövsümdə sonuncu ev oyunumuza çıxdıq. Düşünürəm ki, yaxşı futbol sərgilədik. Amma ümumi vəziyyətə baxanda çox təəssüflənirəm. Biz bu qələbə ilə azarkeşlərimizə təşəkkür etdik. Bu oyuna qədər bir neçə oyunçu düşərgəni tərk etmişdi, oyundan sonra da bir çox oyunçular gedəcək. Yaxşı komandamız vardı”.
(pfl.az)