Ölkə futbolu
Ərdoğan Kamran Ağayevi mükafatlandırmadı – VİDEO
Türkiyə PTT 1-ci Liqasında 33-cü turun oyunları keç…
Türkiyə PTT 1-ci Liqasında 33-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti matçına çıxıb.
"Sarı-qırmızılar" doğma meydanda "Karşıyaka" ilə üz-üzə gəlib və meydandan 2:1 hesablı qalibiyyətlə ayrılıb. Bu matçdan sonra Kayseri təmsilçisi çempionluq kubokuna qovuşub. Mükafatı komandaya ölkə prezidenti Rəcəb Tayyib Ərdağanın təqdim edəcəyi deyilsə də, bu baş tutmayıb. Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənin mükafatlandırdığı oyunçular arasında Ağayev də olub. Lakin təcrübəli əlcək sahibi zədə səbəbindən matçın "18-liy"inə daxil edilməyib.
Qeyd edək ki, "Kayserispor" 69 xalla 1-ci pillədə qərarlaşıb və artıq ötən turdan çempionluğunu rəsmiləşdirib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…