Bizi izləyin

Müsahibə

Ruslan Əmircanov: "Heç düşmənimə də belə bir zədə arzulamıram"

Uzun müddətdi ki, zədədən əziyyət çəkən Azərbayca…

blank
Uzun müddətdi ki, zədədən əziyyət çəkən Azərbaycan millisi və "Qəbələ"nin müdafiəçisi Ruslan Əmircanovun futbolinfo.az saytına müsahibəsi:
– Hazırda vəziyyətiniz necədi? Nə vaxt yaşıl meydanlara qayıdacaqsız?
– Hazırda İtaliyada verilən plan üzrə fərdi şəkildə məşq edirəm. Kollektivə təlim-məşq toplanışında qoşulacam. İtaliyadakı həkimlərlə də danışırıq. Avrokuboklara kim hazır olmalıyam. 
– Premyer Liqada sona 1 tur qaldı, artıq mükafatçılar bəllidi və klubunuz "Qəbələ"də 3-cü yerə ən real namizəddi. Ümumiyyətlə, cari mövsümü komandanız üçün necə dəyərləndirirsiniz?
– Komanda yaranandan bəri həmişə iddialı olub. Ancaq son iki ilə qədər avrokuboklarda iştirak edə bilmirdik. Ancaq ötən mövsüm də komanda 3-cü yerə çıxdı. Elə bu il də demək olar ki, eyni uğuru təkrar etməyə yaxınıq. Düşünmürəm ki, pis nəticəyə imza atmışıq. Düzdü, mövsümə pis başlamışdıq və son sıralarda gedirdik. Qış fasiləsindən sonra baş məşqçi dəyişikliyi oldu. Bundan sonra tamam başqa futbol oynamağa başladıq. Roman Qriqorçuk öz futbol fəlsəfəsini komandaya yeridə bildi. Futbolçular da onun istədiyini tez qavrayıb, meydançada yerinə yetirə bildilər. Bəlkə də, qış fasiləsində bizə desəydilər ki, artıq hər şey əldən çıxıb, bu, düzgün olmazdı. Düzdü, çempionluq çətin görünsə də, məşqçimiz bizə nəyin bahasına olursa olsun, medal qazanmalı və avrokuboklarda iştirak etməli olduğumuzu bildirdi. Komandamız qarşıya qoyulan məqsədin öhdəsindən gələ bildi. Düzdü, hələ sona 1 tur qalıb. Demirəm ki, udsaq da, uduzsaq da, 3-cü yerdə qalacağıq. Bəlkə də, mövsümün sonu olduğu üçün başqa komandalara daha çox istirahət verilir. Lakin bizdə elə deyil. Rəqibimiz olan “Bakı”da zəif komanda deyil. Ötən tur “Neftçi” ilə bərabərə qalıblar. Rəqibə yuxarıdan aşağı baxmaq yanlış fikirdi. Belə fikirləşsək, gərək, oyuna çıxmayaq. Sürpriz nəticə də qeydə alına bilər. Ona görə də ciddi şəkildə matça hazırlaşırıq. Düzdü, mən kollektivlə bir yerdə məşq etməsəm də, komanda yoldaşlarım hamsı canla-başla hazırlıqlarını davam etdirirlər. Son qarşılaşmamızdı. Çalışacağıq ki, doğma azarkeşlərimiz önündə qələbə qazanaq. Düzdü,  artıq hamı bizi üçüncülük münasibətilə təbrik edir. Amma biz son qarşılaşmadan sonra bir-birimizi təbrik etməyi düşünürük. Hazırda ancaq “Bakı” ilə matça köklənmişik. Qismətimizdə bürünc medaldısa, bundan qaçmaq mümkün deyil. Ancaq növbəti mövsümdən heyətdə yeni futbolçular olacaq. Bildiyiniz kimi yerli oyunçularla da müqavilələr bağlanılıb. Düşünürəm ki, növbəti il çempionluq uğrunda mübarizə apacağıq. Çemionatdan əvvəl hələ avrokuboklar var. İlk öncə buna hazırlaşmalıyıq. Artıq ardıcıl 2-ci mövümdü ki, bürünc medal qazanırıq. Biz də istəyirik ki, daha da uğurlu nəticə qazanaq. Ancaq hardasa bunda bizim də günahımız oldu. Lazımsız yerə xallar itirdik. Yəni bunu tək məşqçinin üstünə atmaq olmaz. Məqşçi sadəcə, kənardan öz tapşırıqlarını verir. Bunu yerinə yetirən futbolçulardı. Ona görə də bunu bizim günahımız kimi qələmə vermək olar. 
– Sizin çıxış etdiyiniz mövqeyə "İnter"dən Məhəmməd Mirzəbəyov transfer edildi. Bu, sizi narahat etmir ki? Heyətə düşmək sizin üçün çətin olmayacaq ki?
– Məhəmməd yaxşı futbolçudu. Milli komandanın da şərəfini qoruyur. Belə futbolçuların komandaya cəlb olunması ziyanıma deyil, əksinə xeyirmədi. İndiyədək çıxış etdiyim klubların heç birində rəqabətdən çəkinməmişəm. Əgər hansısa futbolçunun mövqeyində alternativi olmursa, o meydana rahat çıxır. Düşünür ki, pis oynasam da, mənim mövqeyimdə ikinci bir futbolçu yoxdu. Zədəli olduğuma görə hazırda rəqabət haqqında düşünmürəm. İndi mən ancaq zədəmin sağalmasını düşünürəm. Türkiyədə təlim-məşq toplanışlarına qoşulanda istəyirəm ki, artıq bu zədələrdən canım qutarsın. 5 ay ərzində 2 dəfə dizimdən əməliyyat olundum. İlk əməliyatım Türkiyə də oldu. Hansı ki, mənim ayağımda olan problemi aradan qaldırmadılar. Düzələndən sonra gördüm ki, yenə ayağımda ağrılar var. Mənə deyirdilər ki, ağrısa da, məşq et, keçib gedəcək. Sonda məşqçiylə də söhbətləşdik və başa saldım ki, 1 aydı ki, bu vəziyyətdə məşq edirəm, ağrı keçmir. Daha sonra İtaliyada müayinə olunduqdan sonra problemi aradan götürdülər. 16 gün əvvəl İtaliyada əməliyyat olundum. Oktyabrdan bəri 2-ci əməliyyata kimi ayağımda o ağrını hiss etdim. Türkiyədəki əməliyyat zamanı həkim başından etmişdi. Bərpa prossesində ayağım bir az gücə düşən kimi yenə ağrıyırdı. Artıq 8 aydı futbolsuz qalmaq mənim üçün çox çətindi. Bəlkə də, başqa bir komandada çıxış etsəydim, məni komandadan göndərərdilər. Rəhbərlik məni “İnter”dən bura gətirəndə səviyyəmə bələd idi. Bu futboldu və hamının başına bu cür zədə gələ bilər. Ancaq nə rəhbərlik, nə də ki, məşqçilər korpusu məndən narazı qalmayıblar. Çünki nə vəziyyətdə məşq etdiyimi görürdülər. Sentyabrdan bəri cəmi 1 qarşılaşmaya çıxmışam. Həmin vaxt da çox bərbad oyun nümayiş etdirdim. İndi komandaya 2 yeni futbolçu transfer olunub. Hər ikisi də cinah müdafiəçisidi. Məncə, rəqabət aparmaq mənim üçün çətin olmayacaq. Çünki məqşçimiz elə bir insandı ki, futbolçunun adına baxmır, məşqlərə baxır. Kim özünü məşqlərdə yaxşı göstərirsə, meydana onu buraxır. Mən də tam sağalıb, formaya düşəndən sonra rəqabət aparmağa başlayacam. Hər bir çalışdırıcı da istəyər ki, əlinin altında hər mövqeyə ən azı iki futbolçu olsun. Hazırda ən böyük istəyim zədəmi sağaltmaqdı. Bu il komandaya kömək edə bilmədim. Amma heç olmasa, növbəti mövsüm “Qəbələ”nin uğurlarında bir faiz də olsa mənim əməyim olsun. Cari mövsümdə cəmi 9 oyunda meydana çıxmışam və demək olar ki, komandaya heç bir köməyim dəyməyib. Ona görə də təəssüf hissi keçirirəm. Sağ olsunlar ki, İtaliyada əməliyyatıma kimi bir çox xərclərim komanda tərəfindən ödənib. Bəlkə də, başqa klubda olsaydım üstümdən xətt çəkərdilər. Ancaq burda rəhbərlik elədi ki, heç bir futbolçunun nə maliyyə cəhətdən, nədə ki, zədə baxımından heç bir problemi ola bilməz.  
– Artıq 6 aydı ki, milli komandaya Robert Prosineçki rəhbərlik edir. Siz isə bu müddətdə cəmi 1 çempionat oyununda meydana çıxmısınız və belə düşünmək olar ki, baş məşqçi sizi tanımır. Bu hal sizin yığma komandadakı gələcəyinizə necə təsir edə bilər?
– Hazırda mənim üçün əsas məsələ meydançaya qayıtmaqdı. Düzdü, mən indi hazır vəziyyətdə deyiləm. Mövsümün əvvəlində milliyə Berti Foqts rəhbərlik edirdi. Daima məni heyətə cəlb edirdi. Avqustda Rusiyaya qarşı yoldaşlıq matçında meydana çıxdım. Sonra millinin heyətində Almaniyaya getdik. Elə orda dizimdən zədələndim və geri qayıtdım. İndi məşqçi də yenidi. O gələndən bəri bir oyuna da çıxmamışam. Zədəmi sağaldıb, əsas heyətdə yerimi tutduqdan sonra Prosineçki də oyunumu görəcək. Mən də milli komandaya dəvət olunmağımı istəyərdim. Orada çıxış edənlərin 4 ayağı yoxdu ki? Hamısı qardaşdı və hamsı ilə də yaxşı münasibətlərim var. Hazırda yığmamız təlim-məşq toplanışına hazırlaşır. Onlara da uğurlar və zədələnməməyi arzu edirəm. Heç düşmənimə də belə bir zədə arzulamıram. Düzdü, mən uzun müddətdi ki, yaşıl meydanlarda yoxam. Siz də sağ olun ki, vəziyyətimlə maraqlanırsınız.
– Ölkə çempionatda çıxış edən komandalarımızın əksəriyyəti hazırda çox acınacaqlı vəziyyətdədi. Futbolumuzun gələcəyi ilə bağlı sizdə narahatlıq varmı?
– Düzdü, hazırda komandalarda müəyyən problemlər var. Mənim bu haqda danışmağım düzgün deyil. İnanıram ki, bu problemlər tezliklə öz həllini tapacaq. Hər bir klubda maliyyə böhranı olur. Ümid edirəm ki, tezliklə çempionatımız əvvəlki vəziyyətinə qayıdacaq. 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm