Dünya futbolu
Saxlanılan FİFA rəsmiləri ilə bağlı daha bir fakt: 10 milyard rüşvət
FİFA funksionerləri 19 il ərzində 10 milyard dollardan çox …
FİFA funksionerləri 19 il ərzində 10 milyard dollardan çox rüşvət alıblar. Futbolinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Loretta Linç mətbuata açıqlamasında bildirib.
O, əlavə edib ki, xeyli müddət davam edən istintaqdan sonra FİFA-nın bir sıra yüksək vəzifəli şəxsləri Sürixdə həbs ediliblər. Həmin şəxslər, həmçinin çirkli pulların yuyulmasında, dələduzluqda ittiham edilirlər:
“Bu şəxslər futbol oyunlarının ədalətli keçirilməsində məsuliyyətli idilər. Əvəzində isə onlar vəzifələrindən zənginləşmək üçün istifadə ediblər”.